"Azərbaycanı uda bilməsək, bu qələbənin heç bir önəmi qalmayacaq"

"Azərbaycanı uda bilməsək, bu qələbənin heç bir önəmi qalmayacaq"
DÜNYA FUTBOLU 25 Mart 2019 / 12:45 5255
-  A +

"Hazırda bu qələbə məşqçi karyeramda ən böyük uğurdur. Bu kollektivə inanıram və onlarla daha çox uğur qazana bilərik".

Qol.az-ın "M4Sport" saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Ç-2020-nin seçmə mərhələsinin Xorvatiya ilə oyunundan sonra keçirilən mətbuat konfransında Macarıstan yığmasının baş məşqçisi Marko Rossi deyib. Komandasının son dünya çempionatının finalçısı üzərində qazandığı əzmkar qələbəni şərh edən italiyalı mütəxəssis millimizlə iyun ayında keçirəcəkləri matça da toxunub:

"Əgər iyun ayında Azərbaycanla səfər oyununda 3 xal qazana bilməsək, bu qələbənin heç bir önəmi qalmayacaq. İndi həmin görüşü düşünmək lazımdır".

Qeyd edək ki, Macarıstan yığması dünən Xorvatiya ilə dünənki matçda hesabda geri düşsə də, sonradan 2 qol vuraraq, əzmkar qələbə qazanıb.
 

Daha çox


Son xəbərlər
15.06.19  18:26

"Real"dan "Atletiko"ya