AÇ-2020-nin talismanı təqdim olundu

AÇ-2020-nin talismanı təqdim olundu
DÜNYA FUTBOLU 25 Mart 2019 / 11:18 2334
-  A +

UEFA AÇ-2020-nin talismanını təqdim edib.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki,  Avropa çempionatının maskotu “Skilzi” adlanır. 

Yeni talisman futbol fristaylçısı keyfiyyətlərinə malikdir. Amsterdam şəhərində keçirilən Hollandiya – Almaniya matçından öncə təşkil olunan təqdimat mərasimində fristayl ustaları, yəni top çiləmək üzrə ixtisaslaşan Liv Kuk və Tobias Beks iştirak ediblər. Onlar "Skilzi" ilə birlikdə müxtəlif tryuklar göstəriblər.

Qeyd edək ki, AÇ-2020-nin final mərhələsinin oyunları Avropanın 12 şəhərində keçiriləcək. Turnirin 4 matçı Bakıda olacaq.



Son xəbərlər