Millimiz Litva ilə bərabərə qaldı

Millimiz Litva ilə bərabərə qaldı
ÖLKƏ FUTBOLU 25 Mart 2019 / 19:51 10142
-  A +

Milli komandamız bu gün yeni baş məşqçi Nikola Yurçeviçin rəhbərliyi altında ikinci oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, yığmamız yoldaşlıq oyununda Bakıda Litva seçməsi ilə qarşılaşıb və qolsuz bərabərə qalıb.

Litva ilə oyun komandamızın bu yığmaya qarşı 3-cü matçı olub. Azərbaycan millisi bundan əvvəlki 2 qarşılaşmanın birində qalib (2:1), digərində isə məğlub (0:1) olub.

Qeyd edək ki, millimiz 4 gün öncə AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 1:2 hesabı ilə uduzub.


Yoldaşlıq oyunu

25 mart (bazar ertəsi)

18:00. Azərbaycan - Litva - 0:0
Hakimlər:
Fesnik Horatiu, Avram Valentin, Çerei Alexandru (Rumıniya), Orxan Məmmədov
Bakı. "Bakcell Arena"

Daha çox


Son xəbərlər