"Azərbaycan Xorvatiya ilə oyunda yaxşı təsir bağışladı" - Litvanın baş məşqçisi

"Azərbaycan Xorvatiya ilə oyunda yaxşı təsir bağışladı" - Litvanın baş məşqçisi
DÜNYA FUTBOLU 24 Mart 2019 / 18:07 2949
-  A +

"Bakıda olmaq xoşdur. Uzun yol qət etdik, yorğunuq. Yoldaşlıq matçı olsa da, çox ciddi hazırlaşmışıq. Növbəti seçmə mərhələnin görüşləri üçün futbolçulara baxırıq. Hər iki komanda AVRO-2020-nin seçmə mərhələsinə məğlubiyyətlə başladı".

Bu sözləri Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib. 52 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiyaya 1:2 hesabı ilə uduzduğu görüşdə yaxşı təsir bağışlayıb:

"Azərbaycan yığması təşkilatı və mübarizə baxımından xoşuma gəldi. Xorvatiyadan pozitiv nəticə ilə qayıtmağa bir az çatmadı. Azərbaycan millisi təşkilatlanmış futbol sərgiləyir. Bu da yığmada səviyyəli futbolçuların olmasından xəbər verir. Baş məşqçi dəyişikliyi olsa da, komandanın oyununa ciddi təsir etməyib. Biz ilk növbədə öz oyunumuzu düşünürük. Xətlər arası əlaqəyə diqqət yetirməliyik".

Baş məşqçi seçmə mərhələnin ilk turunda səfərdə Lüksemburq 1:2 hesabı ilə uduzduqları oyuna da toxunub: "İndi dünyada hamı futbol oynamağı bacarır. Lüksemburq zəif rəqib deyil. Azərbaycan vitse-çempiona uduzub. Biz yalnız dünya çempionuna məğlub olsaydıq, özümü burda rahat hiss edə bilərdim. Rəqibin futbolçuları ayrı-ayrılıqda fərqləndirməzdim. Bəlkə də qol vuranın adını çəkmək olar. Azərbaycan Xorvatiya ilə görüşdə müdafiədə və əks-hücumda yaxşı təsir bağışladı".

Qeyd edək ki, martın 25-də "Bakcell Arena"da keçiriləcək Azərbaycan - Litva matçı saat 18:00-da başlayacaq. (report)

Son xəbərlər