Tuxel PSJ-də qalır - "Bavariya"ya "yox" dedi

Tuxel PSJ-də qalır - "Bavariya"ya "yox" dedi
DÜNYA FUTBOLU 24 Mart 2019 / 17:40 2089
-  A +

PSJ-nin baş məşqçisi Tomas Tuxel Paris klubu ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, almaniyalı mütəxəssis 2019-2020 mövsümünün sonunda başa çatacaq sözləşməsinin müddətini daha 1 il uzadacaq. Yeni anlaşma ilə birlikdə Tuxelin məvacibinin də artacağı bildirilir. İddiaya görə, 45 yaşlı çalışdırıcı bir müddət öncə "Bavariya"dan təkli alsa da, PSJ-də qalmağa üstünlük verib.

Qeyd edək ki, Tuxel 2018-ci ilin yayından PSJ-ni çalışdırır.


Son xəbərlər