"Qrupumuz sürprizlərlə doludur" - Zlatko Daliç

"Qrupumuz sürprizlərlə doludur" - Zlatko Daliç
DÜNYA FUTBOLU 24 Mart 2019 / 17:15 3267
-  A +

"Macarıstanın ilk turda Slovakiyaya uduzması bizi arxayınlaşdırmamalıdır. Çünki bu məğlubiyyət onların zəif komanda olması anlamına gəlmir. Həddindən artıq vacib oyuna çıxacağıq. Əsas məqsədimiz 3 xal qazanmaqdır".

Qol.az-ın "sportske.hr" saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin seçmə mərhələsinin iknci turunda Macarıstanla bu gün keçirəcəkləri səfər oyunuöncəsi təşkil olunan mətbuat konfransında deyib. Qarşılaşma ilə bağlı fikirlərini açıqlayan mütəxəssis qrupdakı vəziyyəti də şərh edib:

"Əlbəttə, favorit bizik. Amma bu qrup sürprizlərlə doludur. Uels Avropa çempionatının yarımfinalında oynayıb. Ona görə də əvvəldən hansısa hesablamalara yer yoxdur. Bu, çox vaxt özü ilə xoşagəlməz nəticələr gətirir. Qrupumuz asan deyil. Odur ki, arxayınlaşmamalı və hisslərimizi cilovlamalıyıq".

Qeyd edək ki, Macarıstan - Xorvatiya oyunu Bakı vaxtı ilə 21:00-da başlayacaq. İlk turda evdə millimizi 2:1 hesabı ilə məğlub edən xorvatlar hazırda qrupda ikinci pillədədir.


Son xəbərlər