Debütündə qol vurdu, İtaliyanın tarixinə düşdü

Debütündə qol vurdu, İtaliyanın tarixinə düşdü
DÜNYA FUTBOLU 24 Mart 2019 / 13:55 4988
-  A +

AÇ-2020-nin seçmə mərhələsində keçirilən İtaliya – Finlandiya oyunu (1:0) meydan sahiblərinin hücumçusu Moyze Ken üçün əlamətdar olub.

Qol.az xəbər verir ki, o, matçın 74-cü dəqiqəsində rəqib qapısına yol tapmaqla komandasına qələbə qazandırıb.

“Yuventus”u üzvü  İtaliya yığmasında 1958-ci ildən sonra qol vuran ən gənc futbolçu olub. 19 yaşlı futbolçu millidəki debüt matçında buna nail olub.

Ken həm də İtaliya yığmasının tarixində qol vuran ikinci ən gənc futbolçu olub (19 yaş, 23 gün). Millinin ən gənc qolçusu isə 1958-ci ildə 18 yaş, 258-ci günündə fərqlənmiş Bruno Nikoldur.
 

Daha çox


Son xəbərlər