Maskerano Çin klubundan ayrılır

Maskerano Çin klubundan ayrılır
DÜNYA FUTBOLU 23 Mart 2019 / 18:08 2394
-  A +

Argentina millisi və "Barselona"nın sabiq üzvü Xavyer Maskerano Çinin "Hebey Çayna Forçun" klubundan ayrılmaq istəyir.

Qol.az-ın İspaniyanın "sport.es" nəşrinə istinadən yaydığı xəbərə görə, 34 yaşlı yarımmüdafiəçi ölkəsinə qayıtmaq istəyir. Onun xidmətində yığmadan keçmiş komanda yoldaşı Qabriel Militonun çalışdırdığı "Estudiantes" maraqlıdır.

Qeyd edək ki, Maskerano "Hebey Çayna Forçun"a 2018-ci ilin yanvarında 5.5 milyon avro qarşılığında "Barselona"dan keçmişdi. Çin klubunun heyətində 29 oyun keçirən futbolçu 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın