Millimiz ərəblərlə bərabərə qaldı

Millimiz ərəblərlə bərabərə qaldı
XƏBƏR 22 Mart 2019 / 20:42 3089
-  A +

Bakıda təlim-məşq toplanışını davam etdirən 2001-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib.

Qol.az-ın məlumatına görə, “Dalğa Arena”da Birləşmiş Ərəb Əmirliklərinin müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub.

Bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.


Son xəbərlər