"Azərbaycanla oyunda nəticə daha yaxşı ola bilərdi" - Xorvatiya prezidenti

"Azərbaycanla oyunda nəticə daha yaxşı ola bilərdi" -  Xorvatiya prezidenti
ÖLKƏ FUTBOLU 22 Mart 2019 / 10:00 4774
-  A +

"Nəticə daha yaxşı ola bilərdi, lakin seçmə mərhələnin ilk oyunu olduğu nəzərə alınmalıdır”.

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç "24sata.hr" saytına açıqlamasındadeyib.

Matçı tribunadan izləyən ölkə başçısı Xorvatiyadan daha yaxşı oyun gözlədiyini bildirib:"Macarıstanla oyunda daha dinamik olacağımıza inanıram. Oyuna nəzarət etdiyimiz göründü, lakin çox qol şanslarını əldən verdik. Rəqib isə iki qol imkanından birini reallaşdırdı.  Onlar bütün oyunu meydanın özlərinə aid hissəsində oynadı və müdafiə olundular. Məncə, daha da aqressiv olmalıyıq. Hamınız bilirsiniz ki, hər zaman "Risk yoxdursa, qazanc da olmayacaq" fikirlərini söyləyirəm. Macarıstanla oyunda da tribunada olacam və buna görə Budapeştə yollanacam".

Daha çox


Son xəbərlər