Şok! "Xəzər Lənkəran" Toto Kutunyonun konsertini ləğv etdi (YENİLƏNİB-2)

Şok! "Xəzər Lənkəran" Toto Kutunyonun konsertini ləğv etdi (YENİLƏNİB-2)
ÖLKƏ FUTBOLU 26 İyun 2010 / 17:58 3017
-  A +

İtaliyalı ulduz müğənni Toto Kutunyonun bu gün Kişinyovun «Zimbru» stadionunda nəzərdə tutulan konserti baş tutmayacaq. Qol.Az-ın sports.md saytına istinadən verdiyi məlumata görə, «Zimbru»nun rəhbərliyi konsertin təşkilatçılarına son anda stadionu icarəyə verməkdən imtina edib. Moldova mətbuatı buna səbəb kimi, «Xəzər Lənkəran»ın həmin stadionda olan mehmanxanada məskunlaşmasının göstərib.
Xatırladaq ki, məhz bu arenada iyulun 1-də Moldovanın «Olimpiya» və «Xəzər Lənkəran» klubları arasında Avropa Liqasının oyunu keçiriləcək.
Məlumatda bildirilib ki, Toto Kutunyonun konserti «Xəzər Lənkəran»ın məşqini poza, üstəgəl əlavə səs-küy futbolçuların istirahətinə maneçilik törədə bilərmiş. Bu səbəbdən «Zimbru» rəhbərliyi «Xəzər Lənkəran»ın konsertin baş tutmaması ilə bağlı müraciətini müsbət cavablandırıb. «Biz Avropa Liqasının oyunu ərəfəsində stadionun qazonunun bərbad hala düşməsini istəmirik» - deyə «Zimbru» klubunun baş direktoru Georgi Juravel bildirib.
Qeyd edək ki, artın neçə vaxtdır Moldovada Toto Kutunyonun konsertinin baş tutacağı barədə anonslar verilir. İtaliyalı müğənninin minlərlə pərəstişkarı qiyməti 50-300 avro təşkil edən bilet alaraq səbirsizliklə konsertin başlama saatını gözləyiblər. Beləliklə, «Xəzər Lənkəran» klubu moldovalı musiqisevərləri, o cümlədən Toto Kutunyonu və onun şou-qrupunu şoka salıb.
Konsertin təşkilatçıları tədbirin baş tutması üçün alternativ yer axtarmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimovla  "Zimbru"nun prezidenti Nikolay Çernının dostluq münasibətləri var. "Xəzər Lənkəran" iyulun 1-də keçirəcəyi oyuna 5 gün qalmış Moldovaya gedib. "Zimbru" rəhbərliyi Azərbaycan təmsilçisinin burada hazırlıq prosesi keçməsinə şərait yaradıb. 

Moldovalı jurnalistlərin Qol.Az-a verdiyi məlumata görə, konsertin ləğv olunması ölkələrində etirazla qarşılanıb. Bu gün yerli demək olar ki, bütün yerli telekanallarda bununla bağlı reportaj verilib və belə bir hadisənin yolverilməz olduğu bildirilib.

Daha çox


Son xəbərlər