"Əsas məsələ odur ki, 3 xal qazandıq" - Zlatko Daliç

"Əsas məsələ odur ki, 3 xal qazandıq" - Zlatko Daliç
ÖLKƏ FUTBOLU 22 Mart 2019 / 02:50 6163
-  A +

“Azərbaycan millisi çox motivasiyalı idi. Oyunun əvvəlində çoxlu qol epizodu yarada bilmədik. Seçmə mərhələnin əvvəlində vacib 3 xal qazandıq. Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram".

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bunu Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç millimizə 2:1 hesabı ilə qalib gəldikləri Avro-2020-nin seçmə qrup oyunundan sonra jurnalistlərə açıqlamasında deyib.

53 yaşlı mütəxəssis bildirib ki  indi onları Macarıstanla səfər oyunu gözləyir: "Bu, seçmə mərhələnin əvvəlidir, qarşıdakı oyunlarda daha güclü olacağıq. Bir qədər səbrli olmalıyıq. Əsas odur ki, 3 xal qazandıq”.

Daha çox


Son xəbərlər