UEFA Ronaldoyla bağlı qərarı açıqladı

UEFA Ronaldoyla bağlı qərarı açıqladı
DÜNYA FUTBOLU 21 Mart 2019 / 20:00 8054
-  A +

UEFA "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu Çempionlar Liqasının 1/8  finalının "Atletiko" ilə cavab matçında etdiyi qeyri-etik jestə görə cərimələyib.

Qol.az xəbər verir ki, bununla bağlı qərar qurumun bugünkü iclasında verilib. Portuqaliyalı hücumçu 20 min avro cərimə ödəyəcək.

Xatırladaq ki, Ronaldo "Atletiko" ilə görüşdə het-trik etməklə komandasını növbəti mərhələyə yüksəldib. O, 3-cü qoldan sonra  sevincini qeyri-etik şəkildə qeyd edib. Ronaldo bununla ilk görüşdə eyni jesti edən "Atletiko"nun baş məşqçisi Dieqo Simeoneyə cavab verib. Simeone də bu hərəkətinə görə UEFA tərəfindən 20 min avro cərimələnmişdi.

Son xəbərlər