"Azərbaycan millisinin ən təhlükə oyunçusu Mirabdulladır" - Paratski

"Azərbaycan millisinin ən təhlükə oyunçusu Mirabdulladır" - Paratski
ÖLKƏ FUTBOLU 21 Mart 2019 / 12:33 5418
-  A +

"Azərbaycanda Xorvatiyaya çox hörmət edirlər. Bunun da səbəbi Robert Prosineçkidir".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya mətbuatına açıqlamasında "Neftçi"nin yarımmüdafiəçisi Qoran Paratski deyib. Nikola Yurçeviçin milli komandamıza baş məşqçi təyin olunmasına münasibət bildirən xorvatiyalı futbolçu bunu yığmamızın sabiq çalışdırıcısı Robert Prosineçki ilə əlaqələndirib:

"O, buradakı yaxşı işi ilə bütün qapıları açdı. Hamı Prosineçki haqda müsbət fikirlər səsləndirir və deyir ki, milli komanda onun rəhbərliyi altında daha yaxşı oynayırdı. Yığmanı yenidən xorvatiyalı məşqçiyə tapşırmalarının əsas səbəblərindən biri də budur".

Paratski millimizin heyətində Xorvatiya üçün ən təhlükəli futbolçunun adını da açıqlayıb: "Azərbaycan millisinin heyətində ən təhlükəli futbolçu Mirabdulla Abbasovdur. Hazırkı komandam "Neftçi"nin kapitanı Ruslan Abışov təcrübəli müdafiəçi olsa da, zədə səbəbindən uzun müddətdir oynamır".

Bu gün keçiriləcək Azərbaycan - Xorvatiya oyununa proqnoz verən 32 yaşlı futbolçu ölkəmizdəki həyatından da danışıb: "Hesabın 2:0 xorvatların xeyirinə olacağını düşünürəm. Bakı hər şeyin olduğu gözəl şəhərdir. Buranı çox sevirəm. Amma Premyer Liqanın səviyyəsi, rəqabət Xorvatiya çempionatı ilə müqayisədə zəifdir".

Qeyd edək ki, Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Daha çox


Son xəbərlər