«Xəzər Lənkəran»ın oyunu canlı yayımlanmayacaq?

«Xəzər Lənkəran»ın oyunu canlı yayımlanmayacaq?
ÖLKƏ FUTBOLU 26 İyun 2010 / 16:01 2922
-  A +

İyulun 1-də keçiriləcək Avropa Liqasının «Olimpiya» - «Xəzər Lənkəran» oyununun Azərbaycanda yayımlanıb-yayımlanmaması hələ sual altındadır. Qol.Az-ın əldə etdiyi məlumata görə, ölkə telekanallarından şeç biri oyunun yayımı ilə bağlı «Olimpiya» klubuna müraciət etməyib.
Moldovada isə bu matçın «Moldova-1» dövlət telekanalında yayımlanacağı dəqiqləşib. Bununla bağlı razılıq «Olimpiya» ilə telekanalın rəsmilərinin görüşündə əldə olunub. Oyuna sports.md saytında da canlı baxmaq mümkün olacaq. Amma saytın rəhbərliyi matçın Azərbaycanda yayımına qadağa qoyub. Bu səbəbdən Azərbaycan istisna olmaqla, «Xəzər Lənkəran»ın səfərdəki oyununu İnternet vasitəsilə yalnız başqa ölkələrdən izləmək mümkün olacaq.
sports.md saytının məlumatına görə, «Xəzər Lənkəran» rəhbərliyi matçın Azərbaycanda yayımlanmasına maraq göstərmir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı