"Azərbaycanla heç-heçədən sonra uşaqlar acıqlı idilər" - rusiyalı məşqçi

"Azərbaycanla heç-heçədən sonra uşaqlar acıqlı idilər" - rusiyalı məşqçi
DÜNYA FUTBOLU 21 Mart 2019 / 10:40 4532
-  A +

Rusiyanın U-19 yığmasının baş məşqçisi Andrey Qordeyev AÇ-2019-un elit-raund mərhələsinin ilk turunda Azərbaycanın müvafiq yaş qrupundan ibarət millisi ilə qolsuz bərabərliyi şərh edib.

Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, nəticədən narazı qalan 43 yaşlı çalışdırıcı xal itkisinin səbəbini qol imkanlarını boşa vermələri ilə əlaqələndirib:

"Düzdür, nəticədən bir az narazıyıq. Amma bu, bizim üçün elə də pis vəziyyət deyil. Növbəti matçlarda qalib gəlmək lazımdır. Oyuna gəlincə, məncə, biz vurulmayan qollara görə xal itirdik. Görüş ərzində bir neçə real imkanımız olsa da, təəssüf ki, yararlana bilmədik. Hərdən belə də olur ki, top qapıya girmir. Onu da qeyd etmək istərdim ki, komandamız müdafiədə yaxşı oynadı".

Baş məşqçi oyundan sonra komandanın paltardəyişmə otağında gərginlik olduğunu bildirib: "Oyundan sonra uşaqlar acıqlı və narahat idilər. Paltardəyişmə otağına gedib, onları sakitləşdirdim. Çünki hər şey qaydasındadır, mübarizə davam edir. Hələ turnirdən əvvəl danışmışdıq ki, asan olmayacaq. Nə edəcəyimizi yaxşı bilirik. Sadəcə, daha çox işləməliyik".

Qeyd edək ki, elit-raund mərhələsinin oyunları Rusiyada keçirilir.


Son xəbərlər