"Ciddi yanaşmasaq, Azərbaycan təhlükəli ola bilər" - Modriç

"Ciddi yanaşmasaq, Azərbaycan təhlükəli ola bilər" - Modriç
XƏBƏR 20 Mart 2019 / 21:00 3070
-  A +

"Əlbəttə, əvvəlcədən oyuna ciddi yanaşmasaq, Azərbaycan təhlükəli ola bilər. Bakıda qolsuz yekunlaşmış oyundakı rəqibi gözləyirəm. Amma ümid edirəm ki, bacardığımız oyunu ortaya qoyacağıq. Sabahkı oyunun uğurlu olacağını düşünürəm. İndi asan rəqib qalmayıb. Azərbaycan da istisna deyil".

Bunu Xorvatiya yığmasının futbolçusu Luka Modriç Azərbaycan millisi ilə keçirəcəkləri 2020-ci il Avropa çempionatının seçmə qrup matçından əvvəl "Maksimir" stadionundakı mətbuat konfransında deyib. 34 yaşlı yarımmüdafiəçi bildirib ki, rəqibin fərqi yoxdur: "Motivasiya hər zaman yüksək səviyyədə olur. Bununla bağlı problem yaşayacağımızı düşünmürəm. Rəqibimizi tam ciddiyə alırıq".

Daha sonra yığmanın kapitanına Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının mükafatı təqdim olunub (report.az).

 

Daha çox


Son xəbərlər