Yurçeviçin daha iki köməkçisi müəyyənləşdi

Yurçeviçin daha iki köməkçisi müəyyənləşdi
ÖLKƏ FUTBOLU 20 Mart 2019 / 15:10 4170
-  A +

Millimizin baş məşqçisi Nikola Yurçeviçin daha iki köməkçisi müəyyənləşib.

Qol.az xəbər verir ki, bunlar xorvatiyalı mütəxəssisin həmyerliləri Frano Leko ilə Armin Alibekoviçdir.

Fitnes məşqçisi kimi çalışan Lekonun son iş yeri BƏƏ-nin "Əl-Ayn" klubu olub. Skaut və video-analitik vəzifəsində fəaliyyət göstərən Alibekoviç isə  BƏƏ-nin U-17 yığmasında, "Legiya"da və Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda işləyib.

Qeyd edək ki,  Mario Tokiç və Arif Əsədov  millimizdə köməkçi-məşqçi, Dmitri Kramarenko isə qapıçılarla iş üzrə məşqçidir.
 

Daha çox


Son xəbərlər