Valentin Xodukin: «Sabahkı oyunun məsuliyyəti daha böyükdür»

XƏBƏR 22 Yanvar 2009 / 16:03 2616
-  A +

“Birlik kuboku” turnirində sabah Qazaxıstan “Aktobe”si ilə yarımfinal oyunu keçirəcək Azərbaycan çempionu “İnter” oyuna hazırlığı davam etdirir. Bu barədə Qol.Az-a komandanın məşqçisi Valentin Xodukin məlumat veriğ. O, yarımfinal qarşılaşmasının çətin mübarizə şəraitində keçəcəyini bildirib: “Deməzdim ki, yarımfinala çıxmağımız bizim üçün sürpriz olub. Düzdür, oyunlar bizim üçün çətin keçdi. Amma sabahkı oyunun məsuliyyəti daha böyükdür. Bunu həm futbolçular, həm də məşqçi heyəti yaxşı başa düşür. “Aktobe”nin heyətində Rusiya çempionatında çıxış edən güclü oyunçular var. Maraqlı qarşılaşma olacaq. Düzdür, bizdə zədə ilə əlaqədar bəzi futbolçularda problemlər var. Amma onların adlarını mətbuata açıqlaya bilmərəm. Şanslarımızı bərabər görürəm”.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın