Millimiz elit-raund mərhələsinə heç-heçə ilə başladı

Millimiz elit-raund mərhələsinə heç-heçə ilə başladı
ÖLKƏ FUTBOLU 20 Mart 2019 / 19:52 8266
-  A +

19 yaşadək futbolçulardan ibarət yığmamız Avropa çempionatının elit-raund mərhələsində mübarizəyə başlayıb.

Qol.az-ın məlumatına görə, Vüqar Məmmədin başçılıq etdiyi kollektiv Rusiyada təşkil olunan turnirdə bu gün ilk oyununu keçirib. Birinci qrupda mübarizə aparan komandamız ilk sınağında meydan sahibləri ilə üz-üzə gəlib və qolsuz bərabərə qalıb.

Qeyd edək ki, millimiz qrupda Rusiya ilə yanaşı, İrlandiya və Rumıniya seçmələri ilə də mübarizə aparır. Elit-raundda yalnız qrup qalibləri final mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri isə iyulun 14-27-də Ermənistanda olacaq.


AÇ-2019-un seçmə mərhələsi, I qrup

20 mart

18:00. Rusiya - Azərbaycan - 0:0
Hakimlər:
Adrien Jakottet, Vital Jobin (hər ikisi İsveçrə), Balaş Şert, Adam Farkaş (hər ikisi Macarıstan)
Krasnodar Akademiyasının stadionu

Daha çox


Son xəbərlər