"Azərbaycan millisi bizə çətinlik yarada bilər" - xorvatiyalı hücumçu

"Azərbaycan millisi bizə çətinlik yarada bilər" - xorvatiyalı hücumçu
DÜNYA FUTBOLU 19 Mart 2019 / 18:12 2336
-  A +

"Öz oyunumuzu oynasaq, hər şey asan olacaq. Yox, əgər matça ciddi yanaşmasaq, Azərbaycan millisi bizə çətinlik yarada bilər".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin hücumçusu Nikola Vlaşiç yerli mətbuata açıqlamasında deyib. Rusiyanın SSKA klubunda çıxış edən 21 yaşlı futbolçu AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan və Macarıstanla keçiriləcək oyunlar haqda fikirlərini açıqlayıb:

"Macarıstanla Budapeştə keçiriləcək qarşılaşmanın isə ağır olacağı bəllidir. Lakin biz hədəfləri olan komandayıq. Seçmə mərhələyə 6 xalla başlamağı qarşımıza məqsəd qoymuşuq".

Qeyd edək ki, Xorvatiya millisi martın 21-də evdə Azərbaycan, 3 gün sonra isə səfərdə Macarıstanla qarşılaşacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki