Varan "Real"dan ayrılmaq istəyir

Varan "Real"dan ayrılmaq istəyir
DÜNYA FUTBOLU 19 Mart 2019 / 12:09 3183
-  A +

"Real"ın futbolçusu Rafael Varan Madrid klubunu tərk edə bilər.

Qol.az-ın "L'Equipe"yə istinadən yaydığı xəbərə görə, fransalı müdafiəçi baş məşqçi Zinəddin Zidanın qayıdışına baxmayaraq, "Kral klubu"ndakı dövrünün sona yaxınlaşdığını hesab edir. O, 8 ildə "Real"da qazandığı 14 kubokun kifayət olduğunu, artıq yeni kluba keçmək vaxtının çatdığını düşünür. Varanın  başqa klubda özünü sınamaq istədiyi bildirilir.

Xəbərdə Z.Zidanın onu komandada saxlamağa çalışacağı vurğulanıb.

Qeyd edək ki, Varanı almaq istəyən klubun bonuslardan asılıq olaraq 100-140 milyon avro ödəməli olacağı iddia olunur. Onunla "Mançester Yunayted"in maraqlandığı yazılır.


Son xəbərlər