"Azərbaycan Yurçeviçi milliyə gətirməklə hiyləgər addım atdı"

"Azərbaycan Yurçeviçi milliyə gətirməklə hiyləgər addım atdı"
DÜNYA FUTBOLU 19 Mart 2019 / 11:09 3919
-  A +

"İnanıram ki, bizim üçün uğurlu başlanğıc olacaq. Hər iki matçda ən yaxşı oyunumuzu göstərə bilərik. Seçmə mərhələni istədiyimiz kimi bitirmək üçün Azərbaycan və Macarıstanla oyunlardan 6 xal götürməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri Xorvatiya millisinin hücumçusu Yosip Brekalo yerli mətbuata müsahibəsində deyib. Martın 21-də AÇ-2020-nin seçmə mərhələsinin ilk turunda Azərbaycanla keçiriləcək oyun haqda danışan "Volfsburq"un 20 yaşlı futbolçusu həmyerlisi Nikola Yurçeviçin millimizə təyinatına da münasibət bildirib:

"Azərbaycan yığması ilə bağlı xəbərləri izləyirdim. Onlar yeni baş məşqçi axtarırdılar. İlk oyunda bizimlə qarşılacaqlar. Yurçeviçi milliyə gətirməklə hiyləgər addım atdılar. O, Xorvatiya millisini yaxşı tanıyır, daim bizi izləyir və komandamızla bağlı bütün məlumatlar onda var. Amma keyfiyyət baxımından üstünlük bizdədir. Əgər öz oyunumuzu oynaya bilsək, heç bir problem olmamalıdır".

Qeyd edək ki, Zaqrebdəki "Maksimir" stadionunda keçiriləcək Azərbaycan - Xorvatiya oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki