Baş məşqçi Halldorssona görə narahatdır - “Cəmi 4 oyun keçirib”

Baş məşqçi Halldorssona görə narahatdır -  “Cəmi 4 oyun keçirib”
ÖLKƏ FUTBOLU 18 Mart 2019 / 17:05 5211
-  A +

İslandiya millisinin baş məşqçisi Erik Hamren qapıçı Hannes Halldorssonun “Qarabağ”da ehtiyatda qalmasından narahatdır.

Qol.az-ın “futbolti.net” saytına istinadən yaydığı xəbərə görə, isveçli mütəxəssis AÇ-2020-nin seçmə mərhələsinin Andorra və Fransa ilə oyunlar üçün açıqladığı heyətdə 34 yaşlı qolkiperə yer versə də, onun oynamaması 61 yaşlı çalışdırıcını düşündürür:

“Halldorsson bu mövsüm Azərbaycan çempionatında cəmi 4 oyun keçirib. O, sonuncu dəfə meydana ötən il noyabrın 11-də çıxıb. Buna baxmayaraq, heyətimizdə 1 nömrəmiz Hanneslə yanaşı, daha iki yaxşı qapıçı var ki, mən onların durumundan razıyam”.

Qeyd edək ki, İslandiya yığması martın 22-si səfərdə Andorra və martın 25-i isə Fransayla qarşılaşacaq.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki