Milan derbisini "İnter" qazandı

Milan derbisini "İnter" qazandı
DÜNYA FUTBOLU 18 Mart 2019 / 01:29 3207
-  A +

İtaliya A Seriyasında 28-ci tura yekun vurulub.

Qol.az-ın məlumatına görə, son oyun günündə 6 görüş keçirilib. Turun mərkəzi qarşılaşmasında "Milan" və "İnter" komandaları üz-üzə gəliblər. Birincilərin meydanında oynanılan derbidə qonaqlar 3:2 hesablı qələbə qazanıblar.


17 mart

"Cenoa" - "Yuventus" - 2:0
Qollar:
S. Sturaro, 72 (1:0), Q. Pandev, 81 (2:0)

"Atalanta" - "Kyevo" - 1:1
Qollar:
R. Meqqiorini, 32 (0:1), Y. İliçiç, 55 (1:1)

"Empoli" - "Frzinone" - 2:1
Qollar:
F. Kaputo, 20 (1:0), M. Payats, 38 (2:0), L. Valzania, 70 (2:1)

"Latsio" - "Parma" - 4:1
Qollar:
A. Maruşiç, 22 (1:0), L. Alberto, 26-penalti (2:0), 38 (3:0), S.Luliç, 44 (4:0), M. Sprokati, 77 (4:1)

"Napoli" - "Udineze" - 4:2
Qollar:
A. Yones, 17 (1:0), J. Kalyexon, 26 (2:0), K. Lazanya, 30 (2:1), S. Fofana, 36 (2:2), A. Milik, 57 (3:2), D. Mertens, 69 (4:2)

"Milan" - "İnter" - 2:3
Qollar:
M. Vesino, 3 (0:1), S. de Vrey, 51 (0:2), T. Bakayoko, 57 (1:2), L. Martinez, 67-penalti (1:3), M. Musakkio, 71 (2:3)

Qeyd edək ki, bu nəticələrdən sonra "İnter" xallarının sayını 53-ə çatdırıb və 3-cü pilləyə yüksəlib. 51 xalda qalan "Milan" isə 4-cü sıraya geriləyib. Turnir cədvəlinə 75 xalla "Yuventus" başçılıq edir. Turin klubundan 15 xal geri qalan "Napoli" isə 2-ci yerdə qərarlaşıb.

Son xəbərlər