Esyenin "Səbail"ə transferi Türkiyə mətbuatında - "Haradan haraya"

Esyenin "Səbail"ə transferi Türkiyə mətbuatında - "Haradan haraya"
DÜNYA FUTBOLU 17 Mart 2019 / 17:30 7231
-  A +

Dünyaca məşhur futbolçu, vaxtı ilə "Lion", "Çelsi", "Real" və "Milan" kimi klubların formasını geyinmiş Maykl Esyenin "Səbail"ə transferi Türkiyə mətbuatının da diqqətindən yayınmayıb.

Qol.az-ın məlumatına görə, qardaş ölkənin önəmli mətbu orqanlarından "Fanatik" və "Milliyət" nəşrləri qanalı yarımmüdafiəçinin keçidindən yazıblar. Xəbəri "Fanatik" "İlin transfer sürprizi! Maykl Esyen imzaladı", "Milliyət" isə "Esyendən ikili imza! Haradan haraya" başlığı ilə yayımlayıb.

Qeyd edək ki, "Səbail"lə 1,5 illik müqavilə imzalayan 36 yaşlı futbolçu həm də klubun U-19 komandasının məşqçilər korpusunda çalışacaq.





Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord