"Barselona"dan Qrizmann üçün 120 milyon avro

"Barselona"dan Qrizmann üçün 120 milyon avro
DÜNYA FUTBOLU 17 Mart 2019 / 14:00 3175
-  A +

“Barselona” yenidən “Atletiko”nun futbolçusu Antuan Qrizmannın transferi üçün hərəkətə keçib.

Qol.az-ın “L'Equipe”ə istinadən yaydığı xəbərə görə, fransalı hücumçu mövsümün sonunda Madrid klubunu tərk edə bilər.

“Atletiko”nun Çempionlar Liqasında mübarizəni dayandırmasından sonra “Barselona”nın Qrizmannla danışığa başladığı bildirilir. Kataloniya klubunun 27 yaşlı forvardın transfer qiyməti olan 120 milyon avronu ödəməyə hazır olduğu iddia edilir.

Qeyd edək ki, “Atletiko” ilə 2023-cü ilə qədər müqaviləsi olan Qrimann ötən il Madrid klubunda qalacağını açıqlamışdı.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı