Azarkeşlər Peresi istefaya səslədi - "Günahkar Florentinodur"

Azarkeşlər Peresi istefaya səslədi -  "Günahkar Florentinodur"
DÜNYA FUTBOLU 17 Mart 2019 / 13:15 4880
-  A +

“Real” azarkeşləri komandanın bu mövsümdəki çıxışından narazıdır.

Qol.az “AS” nəşrinə istinadən xəbər verir ki, fanatlar İspaniya La Liqasının son turunda “Selta” ilə görüşdə etiraz olaraq klub prezidenti Florentino Peresi istefaya səsləyib. Onlar “Florentino, çıx get” və “Günahkar Florentinodur” yazılı pankart açıblar.

Mühafizəçilər ilk hissədə sözügedən pankartı açan azakeşləri stadiondan kənarlaşdırıb.

Qeyd edək ki, Çempionlar Liqası ilə vidalaşan “Real” La Liqada 28 turdan sonra 54 xalla 3-cüdür.



Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın