Xorvatiya millisində yeni futbolçu

Xorvatiya millisində yeni futbolçu
DÜNYA FUTBOLU 17 Mart 2019 / 12:40 2219
-  A +

AÇ-2020-nin seçmə mərhələsinin ilk oyununda milli komandamızla qarşılaşacaq Xorvatiya yığmasına yeni oyunçu dəvət olunub.

Qol.az xəbər verir ki, baş məşqçi Zlatko Daliç ehtiyat oyunçular siyahısında yer alan Karlo Bartoletsi komandaya cəlb edib. Əsas heyətin bir neçə üzvünün zədəli olması Daliçi bu addımı atmağa məcbur edib.

Danimarkanın “Nordşelland” klubunda çıxış edən 23 yaşlı müdafiəçi millinin heyətində bir oyun keçirib.

Xatırladaq ki, Xorvatiya - Azərbaycan oyunu martın 21-də Zaqrebdə keçiriləcək.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı