Essyen "Səbail"ə keçidindən danışdı - "Fərqli mühitdəyəm"

Essyen "Səbail"ə keçidindən danışdı -  "Fərqli mühitdəyəm"
ÖLKƏ FUTBOLU 17 Mart 2019 / 00:15 6037
-  A +

“Üç həftə əvvəl burada olmuşam. Klub nümayəndələri ilə yaxşı söhbətimiz oldu”.

Qol.az "BBC"yə istinadən yaydığı xəbərə görə, bu sözləri “Səbail”in heyətinə cəlb etdiyi ulduz futbolçu Maykl Esyen deyib.

Qana millisinin sabiq üzvü ötən gün paytaxt təmsilçisi ilə müqavilə imzaladıqdan sonra təəssüratlarını bölüşüb. O, fərqli mühitə düşdüyünü bildirib: “Görüş zamanı mənə layihələrindən danışdılar. Bu barədə düşündüm və indi burdayam. Daha əvvəl gördüklərimdən fərqli bir mühitdəyəm. Burada maraqlı və həyəcanlı anlardan xoşbəxt olmaq olar”.

Xatırladaq ki, "Səbail"lə 1.5 illik müqavilə imzalayan 37 yaşlı yarımmüdafiəçi həmçinin ”Səbail”in U-19 komandasının məşqçilər korpusunda da fəaliyyət göstərəcək.


 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı