Məşqçisi Ramildən danışdı - "Son zamanlar möhtəşəm oynayır"

Məşqçisi Ramildən danışdı - "Son zamanlar möhtəşəm oynayır"
ÖLKƏ FUTBOLU 16 Mart 2019 / 10:25 4862
-  A +

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi  "Krılya Sovetov"un baş məşqçisi  Miqodraq Bojoviç Rusiya Premyer Liqasının 20-ci turunda "Anji"ni məğlub etdikləri oyunu şərh edib.

Qol.az xəbər verir ki, Samara klubunun çalışdırıcısı səfərdə qazanılan 2:0 hesablı qələbədən danışarkən Şeydayevlə bağlı da fikir bildirib:

“Qələbəyə layiq idik. İlk hissə çətin olsa da,  fasilədən sonra topla oynamağa başladıq. Şeydayev doğum günündə qol vurdu? O, son zamanlar möhtəşəm oynayır, əhsən! Ramilə görə şadam. Çalışqan və yaxşı oğlandır, belə oynamağa davam etsin".

Xatırladaq ki, 23 yaşlı hücumçu sözügedən oyunda komandasının 2-ci qolununun müəllifi olub. O, qış fasiləsindən sonra ardıcıl olaraq 3 oyuna 3 qol vurub. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın