Şeydayevdən ardıcıl 3-cü qol - Rusiya Premyer Liqasında

Şeydayevdən ardıcıl 3-cü qol - Rusiya Premyer Liqasında
ÖLKƏ FUTBOLU 15 Mart 2019 / 22:47 5307
-  A +

Milli komandamızın üzvü Ramil Şeydayev Rusiya Premyer Liqasında 3-cü qolunu vurub.

Qol.az-ın məlumatına görə, "Krılya Sovetov"un üzvü 20-ci turda "Anji"yə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyununda komandasının sonuncu qolunun müəllifi olub. O, 88-ci dəqiqədə penaltidən fərqlənib. Beləliklə, bu gün 23 yaşını qeyd edən hücumçu ardıcıl 3-cü matçda meydanı qolla tərk edib. R.Şeydayev bundan əvvəl "Lokomotiv" və "Yenisey"lə görüşlərdə fərqlənib.

"Anji" - "Krılya Sovetov" - 0:2
Qollar:
Kanunnikov, 28, Şeydayev, 88-pen

Qeyd edək ki, R.Şeydayev 63-cü dəqiqədə meydana daxil olub.

Əlavə edək ki, bu qələbə ilə xalını 24-ə yüksəldən Samara təmsilçisi 10-cu pillədə qərarlaşıb.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı