“Neftçi”nin baş məşqçisi Roberto Bordin Topaz Premyer Liqasının 21-ci turunda “Qəbələ” ilə oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.
- Bizə lazım olan nəticə alınmadı. “Qarabağ”la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən komandama hücum futbolu oynamağı tapşırmışdım. Bu, bizdə yaxşı alınırdı. Rəqib isə müdafiə olunaraq oyununu əks-hücumlarda qurmağa çalışırdı. İlk hissədə bir neçə təhlükəli vəziyyətimiz oldu, ancaq bunu qola çevilə bilmədik. İkinci hissədə istəyimizə çatdıq. Qol buraxdıqdan sonra da hücumlarımızı davam etdirdik. Buraxdığımız qolda Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu. Komandam yaxşı oynadı, razı qaldım. Bu gün bir xalla kifayətlənsək də, bununla futbol bitmir.
- Motivasiya bu gün çox yaxşı idi. Bəs, qələbə üçün nə çatmadı?
- Sonadək mübarizə apardıq ki, qələbə qazanaq. Bəzən təhlükəli vəziyyətlərdə bəxtimiz gətirmədi.
- Canluka Sansone – Mirabdulla Abbasov əvəzetməsinə görə peşman oldunuz? Yəni iki hücumçu ilə oynaya bilərdiniz…
- Əlbəttə, bunu istəyirdim. Gördüm ki, Sansone çox yorğun görünür. Artıq enerjisi bitirdi. Həm də ayağında problem vardı. Buna görə məcburiyyətdən onu dəyişməli oldum.
- Qış fasiləsindən sonra "Neftçi"nin arxa xəttində kobud səhvlər olur ki, nəticədə qollar buraxırsınız, xal itirirsiniz. Bunun üzərində xüsusi işləməyi düşünürsünüz?
- Futbolda belə anlaşılmazlıq olur. Bilsəydim ki, bu, səhvdir, üzərində işləyərəm. Bu, ani olan epizoddur. Bir epizoda görə futbolçuların zəhmətinin üstündən xətt çəkmək olmaz.
- Səlahət Ağayevin səhvi bağışlanmaz idi, yoxsa…?
- O, səhv deyil, futbolçularımız arasında anlaşmazlıq oldu. Hər ikisi yüz faiz əmin olaraq, belə düşüncə ilə getməli idi ki, topu götürəcək.
- “Qarabağ”la xalların bərabərləşməsi komandanın əhvalına mənfi təsir edəcəkmi?
- Xalların bərabər olması hər iki komandanın ziyanınadır. Deməzdim ki, daxili ab-havaya pis təsir edər. Növbəti oyunlara da yalnız qələbə üçün çıxacağıq. İndi “Qarabağ”la xallarımız bərabər olsa da, birinci yerdə yenə bizik.
PSJ - "Qalatasaray": Heyətlər
"Mançester Yunayted" Holandı izlədi
Qattuzo rəsmən "Napoli"də
"Qarabağ"ın son məşqi - Şəkillər
"Qarabağ"la oyun faciəvi idi" - "Düdelanj"ın baş məşqçisi
Poçettino "Arsenal"da?
Cerrard Şotlandiya klubunda qalır
Zeynəb Məmmədyarova deputatlığa namizəd olacaq
Həbib Məkkə ziyarətində - Şəkillər
Di Mariya “Qalatasaray”a qarşı oynamayacaq
“Çelsi”nin skautları Vernerlə Dembeleni izlədi
Mbappe PSJ-dən gedir?
Millimizin oyunçusu deportasiya edilir
AFFA-dan Anara sərt cəza
“Vest Hem” Beqoviçi alsa, yaxşı olar” – ingilis futbolçu
Sonun başlanğıcı...
Mourinyo oyunçularına qadağa qoydu
Azərbaycan və Ermənistan eyni qrupa düşdü
Talesiz "Qəbələ"nin taleyi necə olacaq? – Video
“Düdelanj”ın Bakıda qələbəsinə 11.50 əmsal verildi
Sabiq komandasının məğlubiyyətinə belə üzüldü – Video
"Keşlə" yeni transferini rəsmən açıqladı
“Qarabağ”ın oyununa bu qədər az maraq olmamışdı
Sampaoli istefa verdi
Ansu Fati Çempionlar Liqasının tarixinə düşdü
ÇL-in oyunları bu kanallarda - Siyahı
"Lion"a sərf edən heç-heçə - Video
Ançelotti istefaya göndərildi - Rəsmi
"Valensiya" "Ayaks"ı ÇL-dən kənarlaşdırdı - Video
"Borussiya" evdə sevindi - Video
"Çelsi"ni növbəti mərhələyə yüksəldən qələbə - Video
"Barselona" "İnter"i Avroliqaya göndərdi - Video
ÇL-də növbəti 1/8 finalçılar bəlli oldu
"İstefa verməyi düşünmürəm" - Ançelotti