Final mərhələsinin püşkatmasının vaxtı və yeri açıqlandı - "Avro-2020"

Final mərhələsinin püşkatmasının vaxtı və yeri açıqlandı - "Avro-2020"
DÜNYA FUTBOLU 15 Mart 2019 / 17:10 2354
-  A +

"Avro-2020"nin final mərhələsinin püşkatma mərasiminin yeri və vaxtı müəyyənləşib.

Qol.az-ın UEFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, tədbir bu il noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da təşkil olunacaq.

Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda olacaq.

Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı