Şenol Günəş Türkiyə millisinə 28 futbolçu çağırdı

Şenol Günəş Türkiyə millisinə 28 futbolçu çağırdı
DÜNYA FUTBOLU 15 Mart 2019 / 16:52 4481
-  A +

Avro-2020-nin seçmə mərhələsində martın 22-də səfərdə Albaniya, martın 25-də isə evdə Moldova yığması ilə qarşılaşacaq Türkiyə millisinin heyəti açıqlanıb.

Qol.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən yaydığı xəbərə görə, komandanın yeni baş məşqçici Şenol Günəş 28 futbolçuya dəvət göndərib.

Qapıçılar: Mərt Günok (“Başakşəhər”), Məhəmməd Şəngəzər (“Bursaspor”), Uğurcan Çakır (“Trabzonspor”), Sinan Bolat (“Royal Antverpen”, Belçika)

Müdafiəçilər: Gökhan Gönül (“Beşiktaş”), Zəki Çəlik (“Lill”, Fransa), Çağlar Söyüncü (“Lester”, İngiltərə), Kaan Ayhan (“Fortuna”, Almaniya), Merih Dəmiral (“Sassuolo”, İtaliya), Ozan Kabak (“Ştutqart”, Almaniya), Hasan Ali Kaldırım (“Fənərbaxça”), Əmrə Taşdəmir (“Qalatasaray”)

Yarımmüdafiəçilər: Dəniz Türüç (“Kayserispor”), Efecan Karaca (“Alanyaspor”), Yusuf Yazıcı (“Trabzonspor”), Dorukhan Toköz, Oğuzhan Özyakup (hər ikisi “Beşiktaş”), Əmrə Bələzoğlu, İrfan Can Kahveci, Mahmut Təkdəmir (hər üçü “Başakşehir”), Mehmet Topal (“Fənərbaxça”), Okay Yokuşlu (“Selta”, İspaniya), Yunus Mallı (“Volfsburq”, Almaniya), Əmrə Kılıç (“Sivasspor”), Hakan Çalhanoğlu (“Milan”, İtaliya)

Hücumçular: Güvən Yalçın, Burak Yılmaz (hər ikisi “Beşiktaş”), Cenk Tosun (“Everton”)

Son xəbərlər