"Gündə mütləq 5 dəfə namaz qılıram" - Ramil Şeydayev

"Gündə mütləq 5 dəfə namaz qılıram" - Ramil Şeydayev
DÜNYA FUTBOLU 15 Mart 2019 / 13:20 4160
-  A +

Bu gün "Krılya Sovetov" klubunun hücumçusu Ramil Şeydayevin doğum günüdür.

Qol.az-ın məlumatına görə, azərbaycanlı futbolçunun 23 yaşı tamam olur. Bu münasibətlə Samara təmsilçisinin rəsmi "Yutub" kanalı azərbaycanlı futbolçuya bir neçə sual ünvanlayıb. Müsahibənin maraqlı hissələrini təqdim edirik:

- Sonuncu dəfə kimə zəng vurmusunuz?

- Valideynlərimə, daha dəqiq desəm, atama. Hər oyundan sonra mütləq ailəmlə əlaqə saxlayıram. Çünki evdə 2 balaca bacım var. Onlarla da danışıram, məktəbdə, baxçadakı vəziyyətləri ilə maraqlanıram.

- "Votsap"da son mesajınız hansı olub?

- "Votsap"da son olaraq, dostlarımla "Yuventus" - "Atletiko" oyununu müzakirə etmişik. Ronaldo sadəcə möhtəşəmdir, qol maşınıdır.

- Hansı musiqiləri bəyənirsiniz?

- Axır vaxtlar musiqi dinləmirəm. Son dəfə musiqiyə 2017-ci ildə qulaq asmışam. Ümumiyyətlə, musiqiyə az-az qulaq asıram.

- Futbolu seçməsəydiniz...

- Futbolu seçməsəydim, bilmirəm, taleyim necə olardı. Amma boksdan xoşum gəlir. Özümü bu idman növündə, yaxud da basketbolda sınayardım.

- Sonuncu dəfə zəngli saatı neçəyə qurmusunuz?

- Zəngli saat mənə çox tez-tez lazım olur. Hər səhər saat 6-da yuxudan durub, namaz qılıram. Bundan sonra isə yatıram. Ümumiyyətlə, gündə mütləq 5 dəfə namaz qılıram.


Son xəbərlər