İnstagramdakı layka görə qovulur - PSJ-də qalmaqal

İnstagramdakı layka görə qovulur - PSJ-də qalmaqal
DÜNYA FUTBOLU 15 Mart 2019 / 12:54 5600
-  A +

PSJ yarımmüdafiəçisi Adrien Rabyonu cəzalandırıb.

Qol.az-ın Fransa mətbuatına istinadən yaydığı xəbərə görə, buna 23 yaşlı futbolçunun Çempionlar Liqasının “Mançester Yunayted”ə qarşı təkrar 1/8 final oyunundan sonra gecə klubuna gedərək əylənməsi səbəb olub.

Qeyd edək ki, PSJ təkrar qarşılaşmada uduzaraq ÇL-də mübarizəni dayandırıb.

Paris klubu ilkin cəza olaraq futbolçunu martın 27-nə kimi əsas komandadan xaric edib. Bu qərar həm də ona görə verilib ki, Rabyo “Mançester Yunayted”li futbolçu Patris Evranın PSJ üzərindəki qələbə sevinci ilə bağlı İnstagramda etdiyi paylaşımı bəyənib.

Qeyd edək ki, bu günlərdə PSJ rəhbərliyinin iclası keçiriləcək. Həmin iclasda Rabyo ilə müqavilənin ləğv ediləcəyi və onun komandadan göndəriləcəyi ehtimal edilir.

Qeyd edək ki, PSJ – “Mançester Yunayted” matçında (1:3) Rabyonun adı oyunun iştirakçıları sırasında olmayıb. Görüşdən sonra o narazılıqla bildirib ki, yaxşı formada olsa da, heyətə daxil edilməyib. Rabyonun klubla müqavilənin müddətini uzatmaq istəməməsi də hələ "Mançester Yunayted"lə oyundan əvvəl PSJ-də ondan narazılığı artırmışdı.


Son xəbərlər