Ansi "Qarabağ"da vida oyununa çıxır

Ansi "Qarabağ"da vida oyununa çıxır
ÖLKƏ FUTBOLU 15 Mart 2019 / 11:26 2739
-  A +

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli bu gün komandasında vida oyununa çıxacaq.

Qol.az-ın məlumatına görə, Topaz Premyer Liqanın 21-ci turunun "Səbail"lə görüşü albaniyalı futbolçunun Ağdam klubunda sonuncu matçı olacaq. Qarşılaşma saat 16:45-də başlayacaq.

Sabah isə 36 yaşlı oyunçu ölkəmizi tərk edəcək. Aqolli səhər saatlarında Bakıdan birbaşa Nyu-Yorka uçacaq.

Qeyd edək ki, 2011-ci ildən "Qarabağ"da çıxış edən Ansi bundan sonra ABŞ-da "Nyu-York Kosmos" komandasında oynayacaq. O, karyerasını başa vurduqdan sonra isə bu klubun uşaq futbol akedemiyasında çalışacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord