"Neftçi" - "Qəbələ": 48-ci duel

"Neftçi" - "Qəbələ":  48-ci duel
ÖLKƏ FUTBOLU 14 Mart 2019 / 21:33 1891
-  A +

Topaz Premyer Liqasında 3-cü dövrənin son oyunları bu həftə keçiriləcək.

Qol.az xəbər verir ki, 21-ci turda “Qəbələ” “Neftçi” ilə görüşəcək. Martın 21-dəki qarşılaşma paytaxt təmsilçisinin meydanında keçiriləcək.

Bu, iki komanda arasında 48-ci duel olacaq. İndiyədək baş tutan 47 matçda 17 qələbə qazanan “qırmızı-qaralar” 11 heç-heçə edib və 19 dəfə uduzub. Bu görüşlərdə “Qəbələ” daha çox – 62 qol vurubsa, öz qapısından 60 qol buraxıb.

24-cü dəfə “Neftçi”nin qonağı olacaq “qırmızı-qaralar” rəqib meydanında 8 qələbə qazanıb, 5 heç-heçə edib və 10 dəfə uduzub. Səfərdə 30 qolu olan "Qəbələ" 31 top buraxıb.

Rəqiblərin 47 görüşündən 42-si Premyer Liqa çərçivəsində olub. 16 dəfə meydandan üç xalla ayrılan “Qəbələ” 8 dəfə sülhlə kifayətlənib və 18 dəfə məğlubiyyətlə üzləşib. Top fərqi isə komandamızın xeyrinədir – 55:54.

Mənbə: gabalafc.az

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi