"Heç vaxt "Real"a qayıtmağı arzulamamışam" - Mourinyo

"Heç vaxt "Real"a qayıtmağı arzulamamışam" - Mourinyo
XƏBƏR 14 Mart 2019 / 18:00 2991
-  A +

"Mançester Yunayted"in sabiq çalışdırıcısı  Joze Mourinyo Zinəddin Zidanın "Real"ın baş məşqçi vəzifəsinə təyin olunmasına münasibət bildirib.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o deyib: "Real" yeni baş məşqçisi olmadığım üçün məyus deyiləm. Mən heç vaxt "Real"a qayıtmağı arzulamamışam.  Zidanın "Real"ın baş məşqçisi təyin olunması qərarının yaxşı olduğunu düşünürəm. O, son illər klub üçün çox gözəl işlər görüb. Zidana uğurlar arzulayıram".

Qeyd edək ki, "Real"ın baş məşqçisi vəzifəsinə namizədlər sırasında klubun sabiq çalışdırcısı J.Mouriyonun da olduğu iddia olunurdu.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord