Neymara ağır cəza gəlir

Neymara ağır cəza gəlir
XƏBƏR 14 Mart 2019 / 17:30 3742
-  A +

Çempionlar Liqasının 1/8 finalının “Mançester Yunayted”lə cavab oyunundan (1:3) sonra hakimlər haqqında təhqiramiz ifadələr işlədən PSJ-nin futbolçusu Neymarın cəzanın müddəti məlum olub.

Qol.az-ın Britaniyanın “The Sun” nəşrinə istinadən yaydığı xəbərə görə, UEFA-nın intizam işi açdığı brazilyalı futbolçuya 3 oyunluq cəza veriləcək.

Beləliklə, o, avrokuboklarda növbəti 3 oyunu tribunadan izləməli olacaq.


Son xəbərlər