690 avroluq biletlər satılıb qurtardı – Bakıdakı finala

690 avroluq biletlər satılıb qurtardı – Bakıdakı finala
XƏBƏR 14 Mart 2019 / 17:10 3224
-  A +

Bakı Olimpiya Stadionunda keçiriləcək Avropa Liqasının final oyunu üçün dəyəri 690 avro olan “Gümüş paket”lərin hamısı satılıb.

Qol.az xəbər verir ki, bununla da onlayın satışı UEFA-nın rəsmi saytı vasitəsi ilə həyata keçirilən biznes yerləri üçün Rəsmi Qonaqpərvərlik Paketlərinin hamısı alınıb. Daha öncə “Qızıl paketlər”in hamısı satılmışdı.

“Gümüş paket”ə I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinləşdirici içkilər daxildir.

“Qızıl paket”ə isə qonaq otağının yanında I kateqoriyaya aid oyun bileti, qarşılaşmadan əvvəl və sonra dünya standartlarında yeməklər, qonaq otağında pulsuz oturma konsepsiyası, qonaq otağında yarım saat ərzində sərinləşdirici içkilər aiddir.

Qeyd edək ki, mayın 29-da keçiriləcək final oyunu üçün standart biletlərin satışı 4 mərhələdə aparılacaq. Artıq 64000 biletdən 37500 ədədi martın 7-də satışa çıxarılıb. Birinci mərhələ martın 21-i Bakı vaxtı ilə saat 17:00-dək davam edəcək. Biletlər 4 kateqoriyada təqdim olunur. Birinci kateqoriya 140 avro, ikinci kateqoriya 90 avro, üçüncü kateqoriya 50 avro, dördüncü kateqoriya isə 30 avro dəyərindədir.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı