Ramin Musayev: «Hakimlərimiz Türkiyədə yoxlama oyunlarını pulsuz idarə edirlər»

XƏBƏR 22 Yanvar 2009 / 15:38 2551
-  A +

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın futbol hakimləri idarə etdikləri oyunlara görə pul almırlar. Bu barədə Antlayada olan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib:  “Burda hakimlərimizə olan münasibət çox yaxşıdır. Onlar gün ərzində 4-5 oyun idarə edirlər. Başqalarından fərqli olaraq, bizim hakimlər yoxlama oyunlarını pulsuz idarə edirlər. Bunu ona görə edirik ki, bizim referilərin daha çox oyun idarə etmək imkanı olsun”.
Azərbaycanlı futbol hakimləri Türkiyəyə yanvarın 17-də gediblər.
Antalyada hazırlıq keçən 50 futbol hakimiylə yanaşı, AFFA-nın Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da təlim-məşq toplanışında iştirak edir («Trend»).


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın