"Ronaldo oyunlarda təkbaşına nəticə əldə edə bilər" - Ançelotti

"Ronaldo oyunlarda təkbaşına nəticə əldə edə bilər" - Ançelotti
DÜNYA FUTBOLU 14 Mart 2019 / 15:18 3516
-  A +

"Napoli"nin baş məşqçisi Karlo Ançelotti "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu tərifləyib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının 1/8 finalında "Atletiko" ilə matçda (3:0) het-trikə imza atan portuqaliyalı hücumçu haqda deyib:

"Hamı Ronaldonun oyununun pisləşəcəyini gözləyirdi. Amma belə olmadı. Ronaldo heç vaxt səhv etmir. Xüsusilə də, belə əhəmiyyətli matçlarda. O, oyunlarda təkbaşına nəticə əldə edə bilər. Vacib görüşlərdə hər zaman problem yaradan əla oyunçular var. Bu, böyük oyunçu ilə böyük çempion arasındakı fərqdir".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı