"Azərbaycanla oyunda ciddi problemimiz olmayacaq" - Zlatko Daliç

"Azərbaycanla oyunda ciddi problemimiz olmayacaq" - Zlatko Daliç
DÜNYA FUTBOLU 14 Mart 2019 / 14:40 1936
-  A +

"Hər şey bizim meydandakı mübarizəmiz və göstərəcəyimiz oyundan asılı olacaq".

Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yerli mətbuata açıqlamasında deyib. Martın 21-də "Avro-2020"nin seçmə mərhələsinin ilk turunda Zaqrebdə Azərbaycanla keçiriləcək oyunöncəsi heyətlə bağlı problemlərdən danışan mütəxəssis itkilərin onu narahat etmədiyini bildirib:

"Düşünürəm ki, bizim keyfiyyətli komandamız var. Əgər oyuna ciddi yanaşsaq, düşünürəm ki, böyük problem olmayacaq. Bütün stadion bizi dəstəkləyəcək. Sadəcə, azarkeşlərimiz biz qol vurana qədər səbrli olmalıdırlar".

Qeyd edək ki, millimizlə oyunöncəsi Xorvatiyanın heyətində ciddi itkilər var. Şimo Vrsalko, Marko Pyatsa, Yosip Privariçin zədə, Deyan Lovrenin isə cəza səbənindən komandamıza qarşı oynamayacağı dəqiqdir. Digər zədəlilər - İvan Ştriniç, Ante Rebiç və İvan Perişiçin isə meydana çıxamaları sual altındadır. Xorvatiya - Azərbaycan oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki