"Səbail" Maykl Esyenlə danışıqlara başladı - rəsmi

"Səbail" Maykl Esyenlə danışıqlara başladı - rəsmi
ÖLKƏ FUTBOLU 14 Mart 2019 / 13:40 5199
-  A +

"Səbail”  məşhur futbolçu Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Qol.az-ın xəbərinə görə, bu barədə klubun saytı məlumat yayıb. Qana millisinin heyətində 58 oyuna 9 qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastiya”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb. 36 yaşlı oyunçu “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniyanın “Real" və İtaliyanın “Milan” komandalarının da şərəfini qoruyub.

Daha çox


Son xəbərlər