Dembele zədələndi

Dembele zədələndi
DÜNYA FUTBOLU 14 Mart 2019 / 12:59 1893
-  A +

"Barselona"nın futbolçusu Usman Dembele zədələnib.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o, Çempionlar Liqasının 1/8 final mərhələsində keçirilən "Lion"la cavab oyununda (5:1) zədə alıb. Matçdan sonra  fransalı hücumçu sol ayağında narahalıq olması ilə bağlı həkimlərə bildirib. 21 yaşlı oyunçunun bu gün tibbi müayinədən keçəcəyi bildirilib.

Qeyd edək ki, Dembele "Lion"la görüşdə 70-ci dəqiqədə meydana daxil olub və 86-cı dəqüiqədə komandasınln sonuncu qolunun müəllifi olub.

 


Son xəbərlər