"Hesab 2:1 olanda belə qorxmadıq" - Ernesto Valverde

"Hesab 2:1 olanda belə qorxmadıq" - Ernesto Valverde
DÜNYA FUTBOLU 14 Mart 2019 / 10:12 2863
-  A +

"Birinci hissədə əla oynadıq. İlk hissədə iki qol vurduq və daha bir dəfə fərqlənə bilərdik. İkinci yarıda "Lion" risk etməyə başladı və hesabı 2:1 etdi. Ancaq futbolçularım düzgün oyunla istədikləri nəticəni əldə etdilər".

Qolşaz-ın məlumatına görə, bu sözləri "Barselona"nın baş məşqçisi Ernesto Valverde Çempionlar Liqasınnı 1/8 finalında "Lion"a 5:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.

"Çempionlar Liqasında arxayınlaşmaq olmaz. Çünki 2:0 hesabı növbəti mərhələyə yüksəlmək üçün bəzən yetərli olmur.  Səfərdə 1 qol vursaydıq daha rahat ola bilərdik. Ancaq hesab 2:1 olanda belə qorxmadıq".

E.Valverde sözügedən matçda dubla imza atan Lionel Messi haqda da danışıb: "Bütün oyunçular Çempionlar Liqasının səviyyəsinə uyğun oynadılar. Messi də möhtəşəm idi. O, əla oyun nümayiş etdirdi".

"Barselona"nın baş məşqçisi 1/4 finalda istənilən rəqibin onlar üçün çətin olacağını vurğulayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı