"Layiqli qələbə qazandıq. "Bavariya"ya qarşı səfərdə oynamaq çətindir. Bu, vacib qələbədir. Futbolçularla fəxr edirəm. Münhendə üç qol vurmaq asan deyil. Nələr edə biləcəyimizi göstərdik. Buba görə çox sevinirəm".
Qol.az-ın məlumatına görə, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp Çempionlar Liqasının 1/8 finalında "Bavariya"ya 3:1 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra deyib.
"Mən birinci qola min dəfə baxmaq istəyirəm! Müdafiədə hamı əla idi. Biz adətən Çempionlar Liqasında səfər oyunlarında belə qorunmuruq, amma bu matçda bunu etdik. Daha bir qol vura bilərdik" - deyə o bildirib.
Klopp böyük klubun tarixinə yeni səhifə açdıqları üçün xoşbəxt olduğunu söyləyib: "Beynəlxalq səviyyədə "Liverpul"un nə qədər böyük komanda olduğunu təkrar göstərdik. "Liverpul" hazırda aid olduğu yerdədir və addım-addım bunu təsdiq edərək yüksələcəyik".
Təcrübəli mütəxəssis komandasının ikinci qolunun müəllifi Vircil Van Deyk haqqında da danışıb: "Onun bacarıqları, üstün keyfiyyətləri və əla xarakterə sahib olması ilə bağlı kitab yaza bilərəm. Çox gənc və çox güclüdür. Vircil necə oynayacağını yaxşı bilir. Xüsusilə, o, ikinci hissədə xarakter ortaya qoydu və qələbə qazanmağımıza kömək etdi".
O, 1/4 finalın püşkünün istənilən nəticəsi ilə razılaşacaqlarını deyib: "Futbolçularım bu yarışı sevirlər. Onlar bütün güclərini ortaya qoyurlar".
"Qəbələ" cavab oyununa itkilərlə çıxacaq
Çalhanoğlu: "Bir fincan qəhvə məndən bahadır"
Azərbaycanın U-17 millisi Belarusa uduzdu
"Füzuli" liderlə fərqi belə azaltdı - Video
“Bavariya” əfsanəvi futbolçuya heykəl ucaldacaq
"Şahdağ Qusar"ın qol şousu - Video
"Liverpul"da ciddi itki
2-ci liqa: 4 oyunda 19 qol
"Azərreyl" Azərbaycan çempionu oldu
Mourinyo əsəbiləşdi
"İnter"in yeni mövsüm üçün 2 transferi hazırdır
UEFA Avro-2024 üçün iştirak ərizəsi ilə bağlı qərar verdi
"Komandaya kömək üçün əlimdən gələni edəcəyəm" - Kadi
"Bavariya" Ranqniklə danışıqları bərpa etdi
Unai Emeri ilə yeni müqavilə imzalandı
Xavi "Barselona"da qalmağa yaxındır
Azərbaycan millisinin rəqibi turnirdə iştirak edəcək
Avro-2024-ün oyunlarını onlar idarə edəcəklər - Siyahı