Çempionlar Liqasında ingilis hegemonluğu

Çempionlar Liqasında ingilis hegemonluğu
DÜNYA FUTBOLU 14 Mart 2019 / 02:18 5916
-  A +

"Liverpul"un Çempionlar Liqasında səfərdə "Bavariya"nı 3:1 hesabı ilə məğlub edərək, növbəti mərhələyə yüksəlməsi ilə 1/4 finala vəsiqə qazanan İngiltərə klublarının sayı 4-ə çatıb.

Qol.az xəbər verir ki, buna qədər "Tottenhem", "Mançester Yunayted" və "Mançester Siti" adını ən güclü 8-lik arasına yazdırmağı bacarıb. İngilislər bu göstərici ilə 2008-2009 mövsümündəki rekordu təkrarlayıblar. Həmin vaxt Romada keçirilən final oyununda "Mançester Yunayted"i məğlub edən "Barselona" turnirin qalibi olmuşdu.

Qeyd edək ki, 1/4 finalda 4 ingilis klubu ilə yanaşı, İtaliya ("Yuventus"), İspaniya ("Barselona"), Portuqaliya ("Portu") və Hollandiyadan ("Ayaks") bir komanda yer alır. Bu mərhələdə Almaniya və Fransa kimi böyük beşlik çempionatları isə heç bir klubla təmsil olunmayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın